logo
logo logo
logo

"Qarabağ" AvroLiqada ilk oyuna çıxır 

09:09 - 09 İyul 2026

\"Qarabağ\" AvroLiqada ilk oyuna çıxır 

"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə bu gün ilk oyununu keçirəcək.


Manset.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitari olacaq.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az