logo
logo logo
logo

Azərbaycan UEFA reytinqində neçəncidir?

11:24 - 09 İyul 2026

Azərbaycan UEFA reytinqində neçəncidir?

Azərbaycan UEFA ölkə reytinqində xal hesabını artırıb.


Manset.az xəbər verir ki, bu, Avropa kuboklarının 1-ci təsnifat mərhələsində “Sabah” Çempionlar Liqasında TNS (Uels), “Zirə”nin isə Konfrans Liqasında “Torpedo” (Gürcüstan) üzərindəki qələbəsi sayəsində mümkün olub.

Bu oyunlardan sonra Azərbaycanın cari mövsümdəki əmsalı 0.500-ə yüksəlib.

Hazırda son 5 mövsümün nəticələrinə əsasən Azərbaycanın ümumi əmsalı isə 19.062-dir. Bu göstərici ilə ölkəmiz UEFA ölkə reytinqində 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, 25-ci sırada yer alan İsrailin 20,750 əmsalı var. 

Bu gün keçiriləcək Avroliqanın “Qarabağ” - “Vestri” matçında Ağdam təmsilçisi müsbət nəticə qazansa, bu da ölkəmizin xal ehtiyatının artmasına səbəb olacaq.  

Qeyd edək ki, reytinqə əvvəlkitək İngiltərə (101,852 əmsal) başçılıq edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az