logo
logo logo
logo

Paraqvay Mbappedən üzr istədi

15:20 - 09 İyul 2026

Paraqvay Mbappedən üzr istədi

Paraqvay hökuməti ölkə senatorlarından birinin Fransa millisinin kapitanı Kilian Mbappe haqqında etdiyi irqçi paylaşımlara görə Fransadan üzr istəyib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransanın idman naziri bildirib ki, paraqvaylı senator Seleste Amarillanın Mbappe ilə bağlı səsləndirdiyi fikirlər son dərəcə iyrəncdir.

Nazir xatırladıb ki, Paris Prokurorluğu bu paylaşımlarla bağlı həftə ərzində araşdırmaya başlayıb.

Marina Ferrari qeyd edib ki, Paraqvay hökuməti rəsmi şəkildə üzr istəyərək senatorun açıqlamalarının ölkənin dəyərlərini əks etdirmədiyini bəyan edib.

"Paraqvay hökumətindən üzr aldıq. Onlar bildirdilər ki, bu cür açıqlamalar ölkənin dəyərləri ilə qətiyyən uzlaşmır", – deyə Ferrari bildirib.

Bununla yanaşı, Fransanın idman naziri senator Seleste Amarillanın eyni mövqeni nümayiş etdirməyə davam etdiyini də vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az