Bu ilin may ayında “Sumqayıt”dan ayrılan Aleksandr Ramalinqomun yeni klubu məlum olub.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, madaqaskarlı hücumçu İndoneziya təmsilçisi “Persita”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ötən mövsüm “Sumqayıt”la 34 oyunda 12 qol vurub.
Qeyd edək ki, Ramalinqom daha əvvəl Azərbaycanda “Səbail”də də çıxış edib.