logo
logo logo
logo

"Zirə" II təsnifat mərhələsinə vəsiqə qazandı 

21:52 - 16 İyul 2026

\"Zirə\" II təsnifat mərhələsinə vəsiqə qazandı 

"Zirə" UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.


Manset.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın "Torpedo" komandasının qonağı olub.

Kutaisidəki "Şengeliya Arena"da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev fərqlənib.

Sumqayıtdakı ilk matçda rəqibini üç cavabsız qolla üstələyən "Zirə" II təsnifat mərhələsinə vəsiqə qazanıb. "Qartallar" bu raundda Estoniyanın "Payde" klubu ilə üz-üzə gələcək. II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az