logo
logo logo
logo

"Qarabağ" II təsnifat mərhələsinə yüksəldi - YENİLƏNİB

01:51 - 17 İyul 2026

\"Qarabağ\" II təsnifat mərhələsinə yüksəldi - YENİLƏNİB

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını üstələyən "Qarabağ" növbəti raunda adlayıb.


Manset.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən cavab matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakarya Savo (57) fərqləniblər.

İlk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti rəqibi ÇSKA (Sofiya, Bolqarıstan) olacaq. Tərəflər arasında ilk qarşılaşma iyulun 23-də Bakıda keçirəcək.

***

01:17

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.


Manset.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi üstünlüyünü möhkəmləndirib - 3:0.

57-ci dəqiqədə Zakarya Savo adını tabloyua yazdırıb.


01:05

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi hesabda öndədir - 2:0.

Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.

***

00:52

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ilk hissə bitib.


Manset.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi hesabda öndədir - 2:0.

Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.

***

00:32
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ikinci qol vurulub.


Manset.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən matçda Ağdam kollektivi üstünlüyünü möhkəmləndirib - 2:0.

29-cu dəqiqədə Pedro Bikalyo dəqiq zərbə müəllifi olub.

***

00:06

5-ci dəqiqədə Jali Muaddib hesabı açır.

***

00:01

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyunu başlayıb.


Manset.az xəbər verir ki, qarşılaşma Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilir.

Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.

Bakıdakı ilk matçda "köhlən atlar" 3 cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, "Qarabağ" "Vestri" səddini keçəcəyi halda növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az