logo
logo logo
logo

"Neftçi"nin rəqibi bəlli oldu - Erməni futbolçu Bakıya gələ bilər

00:56 - 17 İyul 2026

\"Neftçi\"nin rəqibi bəlli oldu - Erməni futbolçu Bakıya gələ bilər

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"yə rəqib olacaq komandanın adına aydınlıq gəlib. 

 

Manset.az Sportnet.az-a istinadən xəbər verir ki, bu, Belarus təmsilçisi "Dinamo-Minsk"dir. 

I təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb. İki kollektiv arasındakı hər iki görüşdə 1:0 hesablı qələbə qeydə alındığından, penaltilər seriyasına müraciət olunub. Nəticədə "Dinamo-Minsk" 6:5 hesablı qələbə ilə mərhələ adlayıb. 

İlk oyun iyulun 23-də Bakıda, cavab görüşü iyulun 30-da Bolqarıstanın Baroe şəhərində keçiriləcək.

Xatırladaq ki, UEFA-nın qərarı ilə Belarus klubları rəqiblərini öz ölkələrində qəbul edə bilmirlər. 

Qeyd edək ki, "Dinamo-Minsk"in 10 nömrəli 22 yaşlı hücumçusu Karen Vardanyan erməni əsillidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az