İtaliya nəhəngi "Yuventus" "Aston Villa"nın dünya çempionu olan qapıçısı Emiliano Martinesin transferində mühüm irəliləyiş əldə edib.
Manset.az Fanat.az-a istinadən xəbər verir ki, "Qoca Sinyora" argentinalı qolkiper üçün 7 milyon avro + 3 milyon avro bonuslar şəklində yeni rəsmi təklif göndərib.
"Aston Villa" zəmanətli 10 milyon avro tələb etsə də, tərəflərin razılığa gəlməyə çox yaxın olduğu bildirilir.
Futbolçu ilə şəxsi şərtlərdə heç bir problem yoxdur.