UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda üçüncü qol vurulub.
Manset.az xəbər verir ki, qonaqlar yenidən hesabda önə keçib - 2:1.
61-ci dəqiqədə Qay Mizrahi adını tabloya yazdırıb.
***
21:52
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, hələlik hesab bərabərdir - 1:1.
Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.
Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.
***
21:35
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.
Qonaqların heyətində İqor Zlatanoviç 10-cu dəqiqədə hesabı açıb.
Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci dəqiqədə tarazlığı bərpa edib.
***
21:26
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda ikinci qol vurulub.
Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 1:1.
38-ci dəqiqədə Kristian Nvaçukvu fərqlənib.
***
20:58
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, matçda ilk qolu qonaqlar vurub.
10-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.
***
20:45
Bakıda "Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Manset.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.