logo
logo logo
logo

Yamal niyə komandadan ayrı düşüb?

16:44 - 05 Sentyabr 2026

Yamal niyə komandadan ayrı düşüb?

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Lamin Yamalın “Valensiya” ilə oyundan əvvəl fərdi məşq etməsinin səbəbini açıqlayıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis 19 yaşlı futbolçunun zədə aldığını bildirib:

“Lamin Yamal zərbə almışdı və ağrı hiss edirdi. Onun üçün ayrıca məşq etməsi daha yaxşı idi. Məşqdən sonra özünü yaxşı hiss etdiyini dedi. O, bizimlə oyuna gedəcək. Sabah isə vəziyyətinə baxacağıq”.

Yamal bu mövsüm La Liqada 3 matçda iştirak edib və 2 qol vurub.

Qeyd edək ki, futbolçunun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 220 milyon avrodur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az