logo
logo logo
logo

"Neftçi" qələbə qazandı

22:33 - 05 Sentyabr 2026

\"Neftçi\" qələbə qazandı

"Neftçi" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.


Manset.az xəbər verir ki, "ağ-qaralar" IV turda "Şəfa"nı məğlub edib - 4:1.

Meydan sahiblərinin qollarını 35-ci dəqiqəəd Rüfət Abbasov, 64 və 66-cı dəqiqələrdə Alen Şkribek, 79-cu dəqiqədə Breno Almeyda (p) fərqlənib. Qonaqların heyətində 48-ci dəqiqədə Murad Musayev adını tabloya yazdırıb.

Xallarının sayını 9-a çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Şəfa" 3 xalla onuncu yerdədir.

Günün ilk görüşündə "Sabah" "Zirə"ni beş cavabsız qolla üstələyib.

Xatırladaq ki, ötən gün baş tutan matçlarda "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" isə "Kəpəz"i (4:1) məğlub edib. IV tura sabah yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az