logo
logo logo
logo

"Qarabağ" növbəti qələbəsini qazandı

22:08 - 06 Sentyabr 2026

\"Qarabağ\" növbəti qələbəsini qazandı

"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.


Manset.az xəbər verir ki, Ağdam təmsilçisi IV turda "Araz-Naxçıvan"ı məğlub edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:2 hesabı ilə bitib.

"Köhlən atlar"ın heyətində 8-ci dəqiqədə Joni Montiel, 67-ci dəqiqədə Renaldo Sefas, 89-cu dəqiqədə Musa Qurbanlı fərqlənib. Qonaqların heyətində Luka Dumançiç 72-ci, Ağadadaş Salyanski 90+3-cü dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının 9-a çatdıran "Qarabağ" üçüncü pillədə qərarlaşıb. Komandanın ehtiyatda bir matçı da var. Naxçıvan klub 1 xalla 11-ci sıradadır.

Günün ilk görüşündə "Turan Tovuz" "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az