logo
logo logo
logo

"Qarabağ" Koxalskini 500 min avroya satdı 

11:38 - 07 Sentyabr 2026

\"Qarabağ\" Koxalskini 500 min avroya satdı 

“Qarabağ”dan ayrılmağa hazırlaşan polşalı qapıçı Mateuş Koxalskinin yeni klubu bəlli olub.


Manset.az Azərtac-a istinadən xəbər verir ki, qolkiper karyerasını ölkəsində davam etdirəcək. 26 yaşlı qapıçı “Vyeçista” (Krakov) klubu ilə anlaşıb. Ağdam təmsilçisinin Koxalskinin satışında 500 min avroya yaxın gəlir əldə edəcəyi bildirilib.

Qeyd edək ki, “Qarabağ” 2024-cü ilin yayında qapıçı üçün təxminən 1 milyon avro ödəyib. Koxalski bu mövsüm “Qarabağ”ın heyətində 7 oyuna çıxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb. O, Azərbaycan təmsilçisinin heyətində ümumilikdə 76 qarşılaşmada iştirak edib


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az