logo
logo logo
logo

"Neftçi" nigeriyalı hücumçunu heyətinə qatdı - FOTO 

20:22 - 07 Sentyabr 2026

\"Neftçi\" nigeriyalı hücumçunu heyətinə qatdı - FOTO 

"Neftçi" yeni hücumçu transfer edib.


Manset.az xəbər verir ki, klubdan bildirilən məlumata görə, "ağ-qaralar" Finlandiyanın "Qnistan" klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb.

Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib.

İki il əvvəl Finlandiyada "İlves"lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke, sözügedən çempionatda "Qnistan"ın heyətində bu mövsüm 22 oyunun hər birində meydana çıxıb.

2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard "Qnistan"da 13 qolla bombardir olub.

28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra "Neftçi" ilə 2+1 illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 26 nömrəli formanı geyinəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az