logo
logo logo
logo

"Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq - UEFA Çempionlar Liqası

09:28 - 09 Sentyabr 2026

\"Qalatasaray\" bu gün \"Sportinq\"lə qarşılaşacaq - UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları bu gün keçiriləcək.


Manset.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olacaq.

Günün maraqla gözlənilən görüşlərindən biri İngiltərədə gerçəkləşəcək. "Liverpul" doğma azarkeşləri önündə İspaniyanın "Atletiko" komandası ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

9 sentyabr

20:45. "Barselona" (İspaniya) - "Feyenoord" (Niderland)

20:45. "Ştutqart" (Almaniya) - "Vikinq" (Norveç)

23:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya)

23:00. "Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)

23:00. PSJ (Fransa) - "Slovan" (Slovakiya)

23:00. "Sportinq" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə)

Xatırladaq ki, Liqa mərhələsinin I turuna sentyabrın 10-da yekun vurulacaq. Azərbaycan çempionu "Sabah" İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az