logo
logo logo
logo

Seru Qirassi Çempionlar Liqasında Levandovskini geridə qoydu  

11:30 - 09 Sentyabr 2026

Seru Qirassi Çempionlar Liqasında Levandovskini geridə qoydu  

"Borussiya Dortmund" klubunun hücumçusu Seru Qirassi UEFA Çempionlar Liqasında möhtəşəm nailiyyətə imza atıb.


Manset.az xəbər verir ki, turnirin əsas mərhələsinin ilk turu çərçivəsində "Vilyarreal"la keçirilən görüşdə fərqlənən forvard, turnirdə vurduğu qolların sayına görə komanda tarixində ən çox qol vuran ikinci futbolçu statusuna yiyələnib.

30 yaşlı futbolçu bu göstərici ilə sözügedən yarışda "Borussiya Dortmund" formasıyla 28 oyuna çıxaraq 17 dəfə rəqib qapılarına yol tapan məşhur Robert Levandovskini arxada qoyub.

Avropanın ən nüfuzlu klub turnirində özünün 25-ci oyununa çıxan Qirassi bu matçda 18 və 19-cu qollarını vurub.

Hazırda S.Qirassi məhsuldarlıq baxımından sadəcə klubun sabiq ulduzu Marko Roysdan geri qalır. Xatırladaq ki, sabiq yarımmüdafiəçi Çempionlar Liqasında meydana çıxdığı 72 qarşılaşmada düz 24 dəfə fərqlənməyi bacarıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az