logo
logo logo
logo

La Liqanın ən bahalı futbolçuları - Arda Güler tarixə düşdü  

17:45 - 05 Oktyabr 2026

La Liqanın ən bahalı futbolçuları - Arda Güler tarixə düşdü  

Oyunçuların transfer qiymətlərini təhlil edən "Transfermarkt" portalı İspaniya La Liqasında çıxış edən ən bahalı futbolçuların yeni siyahısını açıqlayıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, sıralamada Türkiyə millisinin "Real Madrid"də çıxış edən gənc ulduzu Arda Güler də var. O, transfer qiyməti 100 milyon avroya yüksələn ilk türkiyəli oyunçu olub.

"Barselona"nın ulduz oyunçusu Lamin Yamal ilk pillədəki mövqeyini qoruyub. İlk onluqda "Real Madrid"in beş, "Barselona"nın isə dörd təmsilçisi yer alıb. "Atletiko Madrid"dən ən yaxşı onluğa düşən yeganə oyunçu isə hücumçu Xulian Alvares olub.

"Transfermarkt"ın məlumatına əsasən, İspaniya La Liqasının ən bahalı on futbolçusu bunlardır:

1. Lamin Yamal ("Barselona") - 220 milyon avro;

2. Kilian Mbappe ("Real Madrid") - 200 milyon avro;

3. Cud Bellinqem ("Real Madrid") - 160 milyon avro;

4. Pedri ("Barselona") - 150 milyon avro;

5. Vinisius Junior ("Real Madrid") - 130 milyon avro;

6. Yan Diomande ("Real Madrid") - 120 milyon avro;

7. Fermin Lopes ("Barselona") - 110 milyon avro;

8. Xulian Alvares ("Atletiko Madrid") - 110 milyon avro;

9. Arda Güler ("Real Madrid") - 100 milyon avro;

10. Pau Kubarsi ("Barselona") - 100 milyon avro.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az