logo
logo logo
logo

"Barselona" "Sabah"la oyuna ciddi itkilərlə çıxacaq

23:47 - 22 Noyabr 2026

\"Barselona\" \"Sabah\"la oyuna ciddi itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” komandası oyuna ciddi itkilərlə çıxacaq.


Manset.az Unikal-a istinadən xəbər verir ki, İspaniya mətbuatından verilən məlumata görə, Kataloniya təmsilçisinin heyətində 2 aparıcı futbolçu avrokubok matçını buraxacaq. Belə ki, müdafiəçi Andreas Kristensen və yarımmüdafiəçi Rodri zədə səbəbindən “Sabah”la görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az