“Qarabağ”dan daha bir rekord

10:45 - 30 Aprel 2022

“Qarabağ”dan daha bir rekord

"Qarabağ" Azərbaycan kubokunda daha bir uğura imza atıb.

 

Manset.az PFL-ə istinadən xəbər verir ki, yarımfinal mərhələsində “Qəbələ”ni mübarizədən kənarlaşdıran Ağdam təmsilçisi tarixində 10-cu dəfə finala çıxıb. Bununla da “Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb.

Sonuncu dəfə 5 il öncə kubokda final oynayan “Qarabağ” bu uğurunu böyükhesablı qələbə ilə reallaşdırıb. Belə ki, komanda yarımfinalda “Qəbələ”ni 5:0 hesabı ilə məbluğ edib. Bu eyni zamanda Ağdam təmsilçisinin ölkə kubokunda ev oyunlarında keçirdiyi 20-ci böyükhesablı qalibiyyət kimi yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az