Üzgüçümüz beynəlxalq turnirin finalına yüksəldi

16:06 - 01 May 2022

Üzgüçümüz beynəlxalq turnirin finalına yüksəldi

Çexiyanın Ostrava şəhərində üzgüçülük üzrə beynəlxalq turnir davam edir.

Manset.az xəbər verir ki, milli komandamızın üzvü Rəşad Alquliyev 200 metr məsafəyə qarışıq üsulla yarışın A finalına vəsiqə qazanıb.

Hazırda Azərbaycan yığmasının hesabında 3 medal var.

Qeyd edək ki, yarış bu il Macarıstanda, həmçinin 2023-cü ildə Yaponiyada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar güclərini sınayırlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az