"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazandı

18:23 - 14 Yanvar 2023

\"Kəpəz\" Antalyadakı ilk yoxlama oyununda qələbə qazandı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Kəpəz" ilk yoxlama oyununu keçirib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, "sarı-göylər" Macarıstanın "MTK Budapeşt" komandası ilə qarşılaşıb.

"Mirakl" təlim bazasının stadionunda oynanılan görüş Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 34-cü dəqiqədə Fərid Nəbiyev vurub.

Qeyd edək ki, "Kəpəz" Antalyada daha 2 sınaq matçında qüvvəsini sınayacaq. Azərbaycan təmsilçisi yanvarın 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az