Türkiyənin Diyarbəkir şəhərində borc məsələsi ilə başlayan mübahisə silahlı toqquşmaya çevrilib.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, ilkin məlumata görə, atışma zamanı üç nəfər həyatını itirib.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həlak olan şəxslərin meyiti ekspertiza üçün morqa göndərilib.
Faktla bağlı araşdırma aparılır.