İngiltərə Premyer Liqasında çıxış edən “Tottenhem” “Qalatasaray”dan ayrılan Mauro İkardinin transferi ilə bağlı qərarını verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu yay transfer rekordlarına imza ataraq 300 milyon funt-sterlinqdən çox vəsait xərcləyən “Tottenhem” İngiltərə Premyer Liqasında 5 turdan sonra cəmi 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Hücum xəttində problemlər yaşayan London təmsilçisinin adı “Qalatasaray”dan ayrılan argentinalı hücumçu Mauro İkardi ilə hallanırdı.
Xarici mediada yayımlanan xəbərlərə görə, “Tottenhem” Mauro İkardini heyətinə qatmaq fikrindən daşınıb.
Bildirilib ki, Premyer Liqa üçün 25 futbolçudan ibarət heyətini artıq təqdim edən “Tottenhem” yanvar ayına qədər siyahıda dəyişiklik edə bilməyəcək. Bundan əlavə, İkardinin yüksək məvacib tələbi də klubun transferdən geri çəkilməsinə səbəb olub.
33 yaşlı hücumçu üçün ən real variantın İtaliya A Seriyasına qayıtmaq olduğu qeyd edilib.
Mauro İkardinin adı ötən günlərdə “Everton”la da hallanmışdı.