logo
logo logo
logo

Salyanda kişini maşın vurdu

23:15 - 21 Sentyabr 2026

Salyanda kişini maşın vurdu

Salyanda avtomobil piyadanı vuraraq öldürüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Alçalı kənd sakini 1956-cı il təvəllüdlü Nəcəf Hüseynov yolu keçmək istəyən zaman “Audi” markalı avtomobil onu vurub.

İlkin məlumata görə, müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az