logo
logo logo
logo

Aİ-dən “Google”a 403 milyon avro cərimə

21:57 - 21 Sentyabr 2026

Aİ-dən “Google”a 403 milyon avro cərimə

Avropa İttifaqının (Aİ) şəxsi məlumatların qorunması üzrə tənzimləyici qurumu istifadəçilərin məkan məlumatlarını Aİ qaydalarına zidd şəkildə emal etdiyi üçün “Google” şirkətini 403 milyon avro məbləğində cərimələyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ-də şəxsi məlumatların qorunmasına cavabdeh olan İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) “Google Ireland Limited” şirkəti ilə bağlı apardığı araşdırmanın yekun qərarını açıqlayıb.

Qərara əsasən, müxtəlif Avropa istehlakçı hüquqları təşkilatlarından daxil olan şikayətlərdən sonra 25 may 2018-ci il-4 fevral 2020-ci il tarixlərini əhatə edən araşdırma çərçivəsində “Google”a istifadəçilərin məkan məlumatlarını Aİ qaydalarına zidd şəkildə emal etdiyi üçün 403 milyon avro cərimə tətbiq edilib.

“Google” “veb tətbiq fəaliyyəti” və “məkan tarixçəsi”ndəki məkan məlumatlarının emalının qanuniliyini və ədalətliliyini, “məkan dəqiqliyi”ndə şəxsi məlumatların emalı ilə bağlı qanunilik, ədalətlilik və şəffaflıq prinsiplərinə uyğunluğunu sübut edə bilmədiyinə, həmçinin bu üç funksiyanın hamısı ilə bağlı şəffaflıq öhdəliklərinə görə cərimələnib.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası “Google”dan məlumatların emalı fəaliyyətini 6 ay ərzində qanunvericiliyə uyğunlaşdırmağı tələb edib.

İrlandiya DPC “Google”un Avropadakı mərkəzinin bu ölkədə yerləşməsi səbəbindən şirkətin Aİ-də şəxsi məlumatların emalı fəaliyyəti üzrə əsas nəzarətçi qurum hesab olunur.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az