Cəlilabad rayonunun Soltankənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Manset.az xəbər verir ki, "Toyota Land Cruiser Prado" markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşırıb.
Baş verən qəza zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb, avtomobilə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.