logo
logo logo
logo

Çimərlik mövsümü nə zaman bitir? - RƏSMİ AÇIQLAMA 

16:25 - 21 Sentyabr 2026

Çimərlik mövsümü nə zaman bitir? - RƏSMİ AÇIQLAMA 

Havanın hələ də isti keçməsi fonunda çimərlik mövsümünün uzadılıb-uzadılmayacağı məsələsi yenidən gündəmə gəlib. Xüsusilə dünən Bilgəhdə iki nəfərin dənizdə boğulması fonunda mövsümün rəsmi başa çatma tarixi ictimai müzakirələrə səbəb olub. Bəs builki çimərlik mövsümü nə vaxt başa çatacaq?


Manset.az Modern.az-a istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, hazırda çimərlik mövsümünün nə zaman başa çatacağı ilə bağlı yekun qərar yoxdur.

Nazirlikdən qeyd olunub ki, çimərlik mövsümünün başa çatacağı tarixlə bağlı məlumat FHN tərəfindən müvafiq tarixdə açıqlanacaq.

Qeyd edək ki, bu barədə müvafiq qərarı və tənzimləməni aidiyyəti dövlət qurumları - Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi (FHN) və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi birgə qəbul edir. Bundan əvvəl çimərlik mövsümü adətən sentyabrın 15-də başa çatırdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az