logo
logo logo
logo

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO

23:58 - 20 Sentyabr 2026

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO

Gömrükdən keçirilən bəzi malların bəyan edilməsi artıq daha sadə formada həyata keçiriləcək.


Manset.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla "gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları"na dəyişiklik edilib. Yeniliyə əsasən, "qırmızı kanal" buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamənin təqdim olunmasına imkan verəcək. Bu bəyannamə həm kağız üzərində yazılı, həm də elektron formada təqdim edilə bilər.

Dəyişiklik fiziki şəxslərin şəxsi baqajında apardığı bəzi mallara da şamil edilir. İstehsal və ya kommersiya məqsədi daşımayan, lakin yazılı şəkildə bəyan edilməli olan mallar əl yükündə və müşayiət olunan baqajda keçirildikdə sadələşdirilmiş bəyannamə təqdim olunacaq.

Daha ətraflı Xəzər TV0nin süjetində:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az