logo
logo logo
logo

"Barselona" Mark Bernal ilə yeni müqavilə imzalamaq istəyir

14:32 - 21 Sentyabr 2026

\"Barselona\" Mark Bernal ilə yeni müqavilə imzalamaq istəyir

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın "Barselona" klubu yarımmüdafiəçisi Mark Bernal ilə 2031-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalamağa yaxındır.


Manset.az Report-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun sözləşməsindəki xitam məbləği əvvəlki kimi 500 milyon avro olacaq.

M.Bernal Kataloniya təmsilçisinin akademiyasının yetirməsidir. O, 2024-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.

Qeyd edək ki, futbolçunun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyununda başa çatır. "Transfermarkt" portalı onun dəyərini 30 milyon avro qiymətləndirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az