logo
logo logo
logo

“Arşın mal alan” operettas Xankəndidə nümayiş olundu - FOTOLAR

23:15 - 20 Sentyabr 2026

“Arşın mal alan” operettas Xankəndidə nümayiş olundu - FOTOLAR

20 sentyabr — Xankəndi Şəhəri Günü münasibətilə Lənkəran Dövlət Dram Teatrının təqdimatında Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub.


Manset.a az xəbər verir ki, Üzeyir bəyin bənzərsiz sənət yadigarı Xankəndi Mədəniyyət Mərkəzində təqdim edilib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın (RF) Əməkdar artisti Laləzər Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı Sevən Həsənlidir.

Rolları Saleh Əzimzadə, Aynur Əhmədova, Səyad Əliyev, Teymur Hacızadə, Əbülfəz Axundov, Vəfa Hacızadə, Ayşən Əsədova, Məleykə Cəfərova, Təranə Fərəcova, Aysel Babazadə, Şəbnəm Hüseynova ifa ediblər.

Bir əsrdən artıqdır şöhrəti dünyanı dolaşan operetta tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az