ABŞ Danimarka və Qrenlandiya ilə imzalayacağı müqavilə çərçivəsində ada ərazisində iki yeni hərbi baza açmağı nəzərdə tutur.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton Qrenlandiyanın cənubunda Soyuq müharibə dövründən qalma bazanı bərpa edəcək şərq sahilində isə yeni hərbi məntəqə yaradacaq.
Şərq sahilindəki həmin ərazidən hazırda Danimarka hərbi qüvvələri istifadə edir. Mənbələr bazaların yerləşəcəyi məkanları da açıqlayıblar. Məlumata görə, obyektdən biri ABŞ-nin 1950-ci illərdə "Bluie West One" bazasını bağlamasından sonra əhalisi tədricən azalan Narsarsuaq qəsəbəsində yerləşəcək.
Digər baza isə Danimarkanın xüsusi təyinatlı qüvvələrinin "Siriuş" xizəkli it patrulu birliyi tərəfindən istifadə olunan Mestersviq hərbi məntəqəsində qurulacaq.
Danimarka, Qrönlandiya və ABŞ-nin yeni sazişi Nyu-Yorkda Keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində imzalaması gözlənilir. Sənədin mətni hələlik ictimaiyyətə açıqlanmayıb.
Məsələdən xəbərdar olan rəsmi şəxslər bildiriblər ki, təfərrüatlar imzalar atılana qədər son dəqiqliyi ilə müəyyənləşməyəcək.