“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişdi

11:28 - 16 Yanvar 2023

“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişdi

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz”un yoxlama görüşündəki rəqibi dəyişib.

 

Manset.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi yanvarın 17-dəki son sınaq matçında öncədən nəzərdə tutulduğu kimi, Polşa “Qurnik”i ilə qarşılaşmayacaq.

Əvəzində baş məşqçi Ayxan Abbasov həmin gün yetirmələrini Qazaxıstan təmsilçisi “Jetisu” önünə çıxaracaq.

Qeyd edək ki, yanvarın 3-dən Antalyada toplanış keçən “Turan Tovuz” keçirdiyi yoxlama görüşlərində “Petrolul”a (Rumıniya) 2:3 hesabı ilə məğlub olub, “Aarau”ya (İsveçrə) isə 1:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az