Dani Alveş saxlanıldı - SƏBƏB

17:24 - 20 Yanvar 2023

Dani Alveş saxlanıldı - SƏBƏB

Braziliyanın məşhur futbolçusu Dani Alveş Barselona polisi tərəfindən saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.

Futbolçu cinsi qısnamada təqsirləndirilir. Belə ki, o Barselonadakı gecə klublarından birində əylənərkən orada olan qadınlardan birini cinsi qısnamaya məruz qoyub.

İspaniya məhkəməsi 2022-ci il dekabrın 30-da Barselonada gecə klubunda futbolçu tərəfindən bir qadına qarşı cinsi zorakılıq edilməsi iddiası üzrə istintaq başladıb.

Xatırladaq ki, 39 yaşlı Alveş hazırda Meksikanın “Pumas” klubunun futbolçusudur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az