logo
logo logo
logo

Vətəndaşdan əlavə pul istənildi, təhqir olundu - Mərkəzi Klinikada QALMAQAL

14:54 - 22 Sentyabr 2026

Vətəndaşdan əlavə pul istənildi, təhqir olundu - Mərkəzi Klinikada QALMAQAL

Mərkəzi Klinikada infarkt keçirən qadının müalicəsi zamanı xəstə yaxını ilə həkim arasında mübahisə yaranıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Təbriz Məmmədov adlı şəxs şikayətçi olub. O bildirib ki, anası infarkt keçirdikdən sonra Mərkəzi Klinikaya yerləşdirilib və ondan əlavə olaraq 2500 manat ödəniş tələb olunub. 

Etirazdan sonra məbləğin 1900, daha sonra isə 1600 manata endirildiyini deyən şikayətçi ödənişin hansı tibbi xidmətə görə tələb edildiyini və sığorta tərəfindən niyə qarşılanmadığını yazılı şəkildə soruşduğunu qeyd edib.

Onun sözlərinə görə, bu tələbinə cavab olaraq həkim Firdovsi İbrahimov tərəfindən təhqiramiz ifadələr işlədilib. Şikayətçi həmçinin ağır vəziyyətdə olan anasının yanında onunla bağlı ödəniş məsələsinin müzakirə edilməsinin əlavə stress yaratdığını bildirib.

Təbriz Məmmədov məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciət etdiyini qeyd edib.  

Məsələ ilə bağlı Firdovsi İbrahimovla əlaqə saxlasaq da, o, bununla bağlı heç bir reaksiya vermədi. 


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az