Ağdamın "Qarabağ" futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Komanda Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.
29 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib.