İspaniya Kubokunda “El Klassiko” baş tutacaq

17:48 - 30 Yanvar 2023

İspaniya Kubokunda “El Klassiko” baş tutacaq

Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

 

Manset.az xəbər verir ki, püşkün nəticəsinə görə, yarımfinal mərhələsində “Real” (Madrid) “Barselona”ya rəqib olub.

İlk oyun martın 1-də “Santyaqo Bernabeu” stadionunda, cavab qarşılaşması isə aprelin 5-də “Kamp Nou”da keçiriləcək.

Digər yarımfinal oyununda isə “Atletik” (Bilbao) və “Osasuna” komandaları üz-üzə gələcəklər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az