Azərbaycanlı futbolçu Polşa klubundan ayrılıb

00:07 - 31 Yanvar 2023

Azərbaycanlı futbolçu Polşa klubundan ayrılıb

"Zirə", "Sabah" və "Səbail"in sabiq futbolçusu Elgün Nəbiyev Polşanın "Limanoviya" klubundan ayrılıb.

 

Manset.az xəbər verir ki, IV liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Klub təcrübəli vingerin çıxışından razı olsa da, maliyyə problemlərinə görə bu addımı atıb.

Qeyd edək ki, Elgün Nəbiyev ötən mövsümün əvvəlindən "Limanoviya" komandasında çıxış edirdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az