PSJ Neymarı bu futbolçu ilə dəyişmək istəyir

17:24 - 15 May 2023

PSJ Neymarı bu futbolçu ilə dəyişmək istəyir

PSJ hücumçu Neymarla müqaviləni ləğv etmək niyyətindədir.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı "Sports Zone" yayıb.

Mənbənin məlumatına görə, parislilərin rəhbərliyi ilə idman direktoru Luiş Kampuş müxtəlif variantları nəzərdən keçirir.

Vurğulanır ki, bu yay Neymarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək və ya o, "Mançester Siti"nin futbolçusu Bernardo Silva ilə dəyişdiriləcək.

Silvanın da Kampuş tərəfindən məsləhət görüldüyü bildirilib.

Qeyd edək ki, daha əvvəl "Le Parisien" Neymarın PSJ azarkeşlərinin evinin yaxınlığında etiraz aksiyası keçirməsindən narazı olduğunu bildirib.

Xatırladaq ki, Neymar 2017-ci ilin avqustundan PSJ-də çıxış edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az