“Barselona” və İspaniya millisinin sabiq futbolçusu Ferran Olivelya vəfat edib.
Manset.az xəbər verir ki, keçmiş müdafiəçi 86 yaşında vəfat edib.
Ferran 13 il “Barselona”nın formasını geyinib. O, bu komanda ilə 4 dəfə İspaniya kubokunu, 1 dəfə ölkə çempionatını qazanıb.
Olivelya 1964-cü ildə Avropa çempionu olan İspaniya yığmasının kapitanı olub.