Türkiyə Futbol Federasiyası gələn mövsüm 8+6 xarici qaydanın tətbiq ediləcəyini açıqlayıb.
Manet.az "Hurriyet"ə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının yeni qaydası əcnəbi oyunçularla bağlı olacaq.
TFF-dən verilən açıqlamaya görə, 2023-2024 Futbol Mövsümündə Spor Toto Super Liqasında iştirak edən klublar, yarış və komanda siyahısına maksimum 14 əcnəbi vətəndaş yaza biləcəklər. Ən çox 8 əcnəbi oyunçusu olan komanda eyni anda yaşıl meydanda mübarizə apara biləcək.
Jalə
Manşet.az