Bu gün Milan derbisi var

10:03 - 16 May 2023

Bu gün Milan derbisi var

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçiriləcək.

 

Manset.az xəbər verir ki, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olacaq.

Birinci oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

“Cüzeppe Meatsa” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
16 may

23:00. “İnter” (İtaliya) – “Milan” (İtaliya)
Baş hakim: Kleman Türpen (Fransa).
Milan, “Cüzeppe Meatsa” stadionu.
İlk oyun – 2:0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az