“Qəbələ”nin kapitanı əməliyyat olundu

13:53 - 16 May 2023

“Qəbələ”nin kapitanı əməliyyat olundu

“Qəbələ”nin futbolçusu Asif Məmmədov əməliyyat olunub.

 

Manset.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçidə axil vətərinin yırtılması aşkarlanıb.

Premyer Liqanın XXXIV turunda “Turan Tovuz”la görüşdə zədələnən kapitan üçün mövsüm başa çatıb.

Məmmədovla yanaşı, “Turan Tovuz”la qarşılaşmada dizindən xəsarət alan digər yarımmüdafiəçi Feras Abu Akalın da zədəsinin ciddi olduğu müəyyənləşib. 26 yaşlı israilli orta sahə oyunçusu yenidən müayinədən keçəcək və durumuna həmin vaxt aydınlıq gələcək.

Qeyd edək ki, “Qəbələ” öz meydanında “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az