Cavadov da Afrika çempionatında fərqləndi

21:25 - 16 May 2023

Cavadov da Afrika çempionatında fərqləndi

Tunisin paytaxtı Tunis şəhərində keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatı davam edir.

 

Manset.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər.

Bu gün onlardan son olaraq Ömər Cavadov körpücük üzərinə çıxıb. O, 73 kq çəki dərəcəsində mübarizə aparıb.

Ömər birdən qaldırma hərəkətində 143, təkanla qaldırma hərəkətində 167 kq çəkini ram edib, toplam 310 kq (143+167) nəticə göstərib.

Cavadov bu nəticə ilə birdən qaldırma hərəkətində 2-ci, təkanla qaldırma hərəkətində 5-ci, toplamda isə 4-cü olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az