“Sabah”dan yeni transfer və maraqlı təqdimat - VİDEO

15:46 - 28 İyun 2023

“Sabah”dan yeni transfer və maraqlı təqdimat - VİDEO

Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Manset.az xəbər verir ki, mərakeşli müdafiəçi Sofian Çakla bundan sonra bu komandanın uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib.

Sofian “Sabah”da 44 nömrəli formada çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az