Ən yaxşı futbolçuların reytinqi açıqlandı

09:51 - 02 İyul 2023

Ən yaxşı futbolçuların reytinqi açıqlandı

İspaniyanın “Marca” nəşri 2022/23-cü il mövsümünün ən yaxşı futbolçularının reytinqini təqdim edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, ilk yerdə “Mançestr-Siti”-nin hücumçusu Erlinq Holand qərarlaşıb.

Erlinq Holand ötən mövsüm 52 oyunda 52 qol vurub, 9 məhsuldar ötürmə edib.

İkinci yerdə “İnter Mayami”-nin hücumçusu Lionel Messi, üçüncü yerdə Madridin "Real" klubunun braziliyalı hücumçusu Vinqer Vinisius yer alıb.

İlk beşlikdə PSJ-nin hücumçusu Kilian Mbappe və “Mançestr-Siti”-nin belçikalı oyunçusu Kevin de Brüyne var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az