Portuqaliyalı hücumçu Bakı klubunda

12:51 - 04 İyul 2023

Portuqaliyalı hücumçu Bakı klubunda

“Səbail” heyətinə daha bir yeni futbolçu cəlb edib.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi portuqaliyalı hücumçu Pedro Nuno ilə anlaşıb.

28 yaşlı forvard ötən gecə Bakıda gəlib. Bu gün onunla bir illik müqavilə imzalanacaq.

Forvard son mövsümü keçirdiyi Türkiyənin I Liqa təmsilçisi “Adanaspor”da 16 oyuna çıxıb və 1 qol vurub.

Xatırladaq ki, “Səbail” dünən iki israilli futbolçu - yarımmüdafiəçi Yadin Luqasi və müdafiəçi Nir Bardea ilə anlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az