“Qarabağ” Avstriyada qələbə qazandı

22:50 - 04 İyul 2023

“Qarabağ” Avstriyada qələbə qazandı

Avstriyada təlim-məşq toplanışını başa vuran "Qarabağ" sonuncu yoxlama oyununu keçirib.

 

Manset.az Report-a istinadən xəbər verir ki,  "köhlən atlar" Bolqarıstan təmsilçisi MOİK-lə üz-üzə gəlib.

"Vörgl" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk görüşündə Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib - 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa "Legiya"sına uduzub - 0:2.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az