"Neftçi" darmadağın olundu

23:00 - 08 İyul 2023

\"Neftçi\" darmadağın olundu

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində ikinci oyununu keçirib.

 

Manset.az-ın məlumatına görə, paytaxt klubu Serbiya təmsilçisi “Srvena Zvezda” ilə qarşılaşıb.

Qarşılaşma “Neftçi”nin böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:4. “Srvena Zvezda”nın qollarını Mirko İvaniç, Stefan Mitroviç, Osman Bukari və Yovan Slyiviç vurublar.

 “Neftçi” turnirdə keçirdiyi ilk oyunda Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzub.

 Klub son matçında Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az