Xanım bədii gimnastlarımız medal qazandılar

23:05 - 08 İyul 2023

Xanım bədii gimnastlarımız medal qazandılar

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüb.

Bu barədə  Manset.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Qeyd edək ki, bu uğur Azərbaycan gimnastika tarixində gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk nailiyyətdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az