“Qalatasaray” Çempionlar Liqasında pley-off mərhələsinə yüksəldi

08:00 - 16 Avqust 2023

“Qalatasaray” Çempionlar Liqasında pley-off mərhələsinə yüksəldi

Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib.

Manset.az-ın məlumatına görə, İstanbul nəhəngi III təsnifat mərhələsində Sloveniya təmsilçisi “Olimpiya”nı üstələyib.

Səfərdəki ilk matçda 3:0 hesablı qələbə qazanan “sarı-qırmızılılar” doğma arenasında da rəqibi məğlub ediblər – 1:0. Qarşılaşmada yeganə qola 24-cü dəqiqədə Mauro İkardi imza atıb.

“Qalatasaray” pley-off mərhələsində Norveç “Molde”si ilə üz-üzə gələcək. Bu raundun oyunları avqustun 23-də və 29-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az